Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi seyflərlə bağlı açıq tender elan edir.
FED.az xəbər verir ki. tenderdə iştirak haqqı 150 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1406055591
Satınalan təşkilatın ünvanı: Nəsimi rayonu, Allahyar Nəsibov küçəsi 1.
Müsabiqənin başlama tarixi və vaxtı: 31.08.2023 10:05
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 21.09.2023 14:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 29.09.2023 14:00
Zərflərin açılış tarixi və vaxtı: 02.10.2023 14:00
Ödəniş şərtləri - Ödəniş iddiaçı tərəfindən müqavilə üzrə bütün öhdəliklər yerinə yetirildikdən sonra elektron qaimələr, hesab fakturalar, aktlar və digər sənədlərə əsasən aparılacaqdır. Avans nəzərdə tutulmur.
Çatdırılma yeri - Bakı şəhəri, Nəsimi rayonu, Allahyar Nəsibov küçəsi 1.
Çatdırılma müddəti - Satınalma müqaviləsi qüvvəyə mindiyi gündən sonra 20 noyabr 2023-cü il tarixədək
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
1) Tenderdə iştirak etməklə bağlı ərizə.
2) Nizamnamə.
3) Dövlət qeydiyyatı haqqında şəhadətnamə.
4) Dövlət reyestrindən çıxarış.
5) Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə, cari tarixə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarına borcunun olmaması,son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmamasına dair və vergi dövriyyəsi haqqında arayış;
6) İddiaçının satınalma proseduruna başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə arayış (Məhkumluq haqqında arayış).
7) İddiaçının müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması və məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə arayış (Yüklülük arayışı).
8) 2022-ci il üzrə fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının təsdiqlənmiş surəti (2022-ci il üçün mənfəət vergisinin bəyannaməsi).
9) Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsindən sahibkarlıq subyektinə dair arayış.
10) İddiaçının son bir il ərzində maliyyə vəziyyəti haqqında bank arayışı.
11) Rekvizitlər.
İxtisas göstəriciləri:
Potensialı,maddi-texniki bazası, müvafiq sahədə peşəkarlığını, təcrübəsini, texniki imkanlarını, işçi qüvvəsini və etibarlılığını göstərən arayış.
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Tural Abasov, Satınalma mütəxəssisi
Email: [email protected]
Əlaqə telefonu: 012-435-32-75
1. Maddi dəyərlilər 20 noyabr 2023-cü il tarixədək anbarlara təhvil verilməlidir. Sifarişçi maddi dəyərlilərin çatdırılması qrafikində dəyişiklik (azaltma və ya artırma, digər aya keçirtmə) edə bilər. 2. Zərflər açıldığı günədək və ya mümkün olmadığı təqdirdə zərflər açıldığı gündən sonra 5 (beş) bank günü ərzində maddi dəyərli üzrə 1 nüsxə olmaqla nümunə Tender Komissiyasına təqdim olunmalıdır. 3. Göstərilən müddətlər ərzində nümunəni təqdim etməyən malgöndərənin tender təklifləri komission qaydada ləğv ediləcəkdir.
Say - 70 ədəd