Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi müsabiqə elan edir.
FED.az xəbər verir ki, elanda həssas əhali qruplarının sosial müdafiəsi və dəstək ilə bağlı ictimai maarifləndirmənin təşkili nəzərdə tutulub.
Müsabiqədə qeyri-hökumət təşkilatları, hüquqi və fiziki şəxslər iştirak edə bilərlər.
İştirak haqqı yoxdur. Maraqlanan təşkilatlar müsabiqənin Əsas şərtlər toplusunu və texniki tapşırığını əldə etmək üçün nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinə (Ünvan: Nərimanov rayonu, Ziya Bünyadov prospekti 1965, "Çinar Park" biznes mərkəzi, bina 1) yazılı müraciət edə bilərlər.
Müsabiqədə iştirak edən təşkilatların təklifləri 27 fevral 2024-cü il saat 17:00-dan gec olmayaraq agentliyə təqdim edilməlidir. Gecikdirilmiş təkliflər qəbul olunmayacaqdır.
Müsabiqə 28 fevral 2024-cü il saat 11:00-da agentliyin inzibati binasında keçiriləcəkdir.
Əlaqə telefonu: (012) 525-41-30 (daxili-5032).
Müsabiqə komissiyası