Sosial Xidmətlər Agentliyi "Sosial Xidmətlər Agentliyinin 2022-ci il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin auditi xidmətinin satın alınması" tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, "RSM Azerbaijan" MMC (VÖEN: 1501168951) qalib olub.
Qalib gələ şirkətə 37 760 manat ödəniləcək.
"RSM Azerbaijan" MMC daha öncə "Azərsu" ASC ilə 11 000 manat dəyərində "İslam İnkişaf Bankı ilə birgə maliyyələşdirilən “Azərbaycanın 6 (altı) rayonunda Milli Su Təchizatı və Kanalizasiya Layihəsi Proqramı” layihənin 2021-ci maliyyə ili üzrə müstəqil audit rəyinin hazırlanması xidmətlərinin satın alınması" kotirovka sorğusu üzrə satınalma müqaviləsi imzalayıb (22.12.2021).