Sosial Xidmətlər Agentliyi ofis sahəsinin və anbarın icarəsi xidmətlərinin satın alınması barədə tenderini şərh edib.
Eləcə də bax: Agentliyin Aparatı üçün 566 min manata - OFİS İCARƏYƏ GÖTÜRÜLDÜ
FED.az xəbər verir ki, agentlikdən verilən məlumata görə, Agentliyinin aparatı üçün ofis sahəsinin və anbarın icarəsi xidmətlərinin satın alınması" çərçivəsində ümumilikdə 3600 kvadrat metrdən çox ərazinin 1 il müddətində icarəsi, həmçinin sözügedən müddət ərzində kommunal xidmətlərdən istifadə, təmizlik, avtodayanacaq, anbar, mühafizə xidməti, içməli su ilə təchizat və digər vacib xidmətlərlə təminat daxildir. Eyni zamanda həssas qruplardan olan vətəndaşlara gündəlik xidmətin göstərilməsi üçün Qəbul Mərkəzinin ərazisi və paralel olaraq yuxarıda qeyd olunan xidmətlərin həyata keçirilməsi də bu satınalma çərçivəsindədir.
Xəbər verdiyimiz kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Agentliyin Aparatı üçün ofis sahəsinin və anbarın icarəsi xidmətlərinin satın alınması" üçün tenderi yekunlaşdırıb. Qalib şirkət “Çinar Park” Qapalı Səhmdar Cəmiyyətidir. Agentlik qalib şirkət ilə məbləği 566 min 592 manat olan müqavilə imzalayıb. (Marja)