"Azərsu” ASC "“Azərsu” ASC-nin istifadəsində olan əsas vəsaitlərin və tikinti altına düşən torpaq sahələrinin dəyərləndirilməsi və mütəxəssis rəyinin alınması xidmətlərinin satın alınması” tenderinə yekun vurub .
FED.az xəbər verir ki, qalib şirkət "Sorğu Ekspert Mərkəzi" MMC olub. Şirkətlə 40 min 257.32 manat məbləğində müqavilə imzalanıb.
Şirkətlə bundan əvvəl Əmlak Məsələləri Dövlət Xidmətinin 152 min manat məbləğində “Azərbaycan Respublikasının müxtəlif şəhər və rayonlarında yerləşən dövlət müəssisələrinin çevrilməsi nəticəsində yaradılacaq səhmdar cəmiyyətlərinin nizamnamə kapitalının müəyyən edilməsi, kiçik dövlət müəssisə və obyektlərinin, o cümlədən daşınar dövlət əmlaklarının qiymətləndirilməsi, özəlləşdirilməsi və ya icarə verilməsi nəzərdə tutulan dövlət mülkiyyətində olan torpaq sahələrinin, habelə nəqliyyat vasitələrinin qiymətləndirilməsi xidmətləri ” tenderi üzrə müqavilə imzalanıb. (15.02.2022)