Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) sahə üzrə əlavə vendorların cəlb olunması məqsədilə bazar iştirakçılarını ixtisaslaşdıqları sahələr üzrə şirkətdə mütəmadi keçirilən pre-kvalifikasiya prosedurlarına cəlb olunmaq üçün müraciət etməyə dəvət edir.
S&P agentliyi SOCAR-ın 2023-2024-cü illər üzrə investisiyaları ilə bağlı gözləntilərini - AÇIQLAYIB
SOCAR satınalmalarında daim rəqabətin yüksəldilməsi, səmərəli dəyərin əldə edilməsi məqsədilə satınalma prosedurlarında daha çox malgöndərənin (podartçının) iştirakında maraqlıdır və bu səbəbdən satınalma funksiyaları tərəfindən SOCAR-da sahələr üzrə əlavə vendorların cəlb olunmasına dair pre-kvalifikasiya prosedurları mütəmadi olaraq aparılır. Odur ki, SOCAR-ın vendoru olmaq üçün pre-kvalifikasiya prosedurlarına müraciətlər istənilən vaxt edilə bilər.
Pre-kvalifikasiya müraciətlərinin asan idarə olunmasının təşkili üçün SOCAR-ın rəsmi internet səhifəsində xüsusi elektron alətlər təsis edilmişdir. Burada SOCAR-ın vendor sahələri, kateqoriyalar, sub-kateqoriyalarla yanaşı müraciət formaları və ünvanları, təlimatlar, digər dəstəkləyici materiallar yerləşdirilib.
Maraqlanan potensial malgöndərənlər (podartçılar) pre-kvalifikasiya prosedurlarının təşkili və idarə olunması barədə normativ sənədlərə və müraciətlərin edilməsi ilə bağlı bölməyə aşağıda göstərilmiş internet linklərindən keçid edə bilər: https://socar.az/az/page/vendor-muracieti
https://socar.az/az/page/satinalma-standartlar
Elan və ya pre-kvalifikasiya prosedurlarına müraciətlə bağlı suallarınız yaranacağı təqdirdə aşağıdakı əlaqələndirici şəxsə müraciət edə bilərsiz:
Gülsüm Axundova
E-poçt - [email protected]
Telefon – +99412 521 00 00 (daxili 10259)