“Azərsu” ASC ““Azərsu” ASC-nin daxili vəsaiti hesabına qum və çınqılın satın alınması” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “SN Logistics” MMC olub.
Qalib şirkətə 602 715 manat ödəniləcək.
Bu qiymətə 11 250 m(3) çınqıl/ 5x25mm/ doğranmış, 20 000 m(3)
qum/ doldurma üçün/ təbii qum və 7 300 m(3) qum/ inşaat satın alınıb.