Tenderlər

Siyəzəndə dövlət tenderlərini - KİMLƏR UDUR? – SİYAHI, MƏBLƏĞLƏR

Siyəzəndə dövlət tenderlərini - KİMLƏR UDUR? – SİYAHI, MƏBLƏĞLƏR | FED.az
12:14 19 Sen 2020

2020-ci ilin yanvar-sentyabr aylarında Siyəzən rayonunda dövlət qurumları tərəfindən ümumi məbləği 389 min 815 manat olan 7 tender keçirilib.

Eləcə də bax: Xızıda dövlət tenderlərini - KİMLƏR UDUR? – SİYAHI, MƏBLƏĞLƏR

FED.az-ın məlumatına görə, ən çox və ən böyük tenderləri Siyəzən Suvarma Sistemləri İdarəsi keçirib. İdarə 5 tender keçirib. 5 tenderin 4-nü fiziki şəxs Ceyhun Mirzəyev, 1-ni Fərzəliyev Sabir qazanıb.

Ceyhun Mirzəyev rayonda keçirilən tenderlərin həm sayına, həm də ümumi məbləğinə görə yarısından çoxunu qazanıb. O, ümumi məbləği 256 min 375 manat olan 4 tender qazanıb.

Siyəzən rayon İcra Hakimiyyəti və Siyəzən şəhəri İnternat Məktəbi hər biri cəmi 1 tender keçiriblər.

FED.az 2020-ci ilin ilin yanvar-sentyabr aylarında Siyəzən rayonunda keçirilən tender müqavilələrin siyahısını təqdim edir.

No description available.

 

 

Digər xəbərlər

Banner