Salyan Suvarma Sistemləri İdarəsinin 5 tenderini 1 şirkət qazanıb.
FED.az xəbər verir ki, tenderləri "İLKİN-N" MMC qazanıb. Şirkətin qazandığı tenderlərin ümumi məbləği 824 min 390 manat olub.
Eləcə də bax: Salyan rayonunda dövlət tenderlərini - KİMLƏR UDUR? – SİYAHI, MƏBLƏĞLƏR
Salyan Suvarma Sistemləri İdarəsi "İLKİN-N" MMC şirkəti ilə tikinti materialları satın alıması üçün 288 min 264 manat, mexanizmlərin ehtiyat hissələrinin satın alıması 57 min 525 manat, nasos və mexaniki avadanlıqların təmiri üçün ehtiyat hissələrinin satın alınması üçün 298 min 308 manat, elektrik avadanlıqlarının təmiri üçün ehtiyat hissələrinin satın alıması üçün 136 min 973 manat, elektrik mühərriklərinin əsaslı və cari təmiri işlərinin satın alıması üçün 43 min 320 manat məbləğində müqavilələr bağlayıb.
Xatırladaq ki, 2019-cu ildə "İLKİN-N" MMC şirkəti Salyan rayonunda 13 tenderin qalibi olub.