Azərbaycanda fəaliyyət göstərən 19 yaşlı İT şirkəti “Sinam” MMC 2 milyon 624.28 min manatlıq dövlət büdcəsindən qidalanan qurumlarla tender üzrə müqavilələr imzalayıb. Bu 2020-ci ilin ilk günündən 11 iyun tarixinə qədər olan tarixdə baş verib.
Eləcə də bax: Azərbaycanda yeni «tender çempionu» peyda olub - 22 MİLYON MANAT
FED.az Banker.az-a istinadən xəbər verir ki, ən böyük müqavilə isə Azərbaycan Mərkəzi Bankı ilə baş verib. AMB istismarda olan Elektron Sənəd Dövriyyəsi Sisteminin təkmilləşdirilməsinə görə bu İT şirkətinə 849,9 min manatlıq vəsait ödəyib.
“Sinam” sanki bazarda İT sahəsi üzrə bu dövlət qurumlarının ən çox etibar etdiyi görünür. Bəli, bu faktır ki, şirkət 2001-ci ildən fəaliyyət göstərir. Lakin, bu sahə üzrə rəqibsiz olması bir qədər maraqlıdır.
Azərbaycanda proqram təminatı və sistem inteqrasiyası yığılması üzrə ən böyük şirkətdir. Şirkət bundan başqa Kür markalı kompüterlərin istehsalçısıdır. Şirkətin mərkəzi qərargahı Bakı şəhərində yerləşir. Şirkətin əsasını qoyan və hal-hazırki rəhbəri Elçin Əliyevdir.