Azərbaycanda dövlət satınalmaları sahəsində daha bir «tender çempionu» aşkar edilib. Bu «TALEH-A.T» şirkətidir.
FED.az xəbər verir ki, şirket elə bu gün Quba rayon icra hakimiyyətinin 2,4 milyon manatlıq tenderində qalib elan edilib.
Ümumiyyətlə isə «TALEH-A.T» müəssisəsinin fəaliyyəti ilə tanış olanda onun bütün tenderləri şimal bölgəsində qazandığı aşkar edilir.
Şirkətin biznesi dövlət satınalmalarında əsasən 2 rayondan «qidalanır» - Quba və Xaçmaz icra şhakimiyyətləri.
«TALEH-A.T» müəssisəsi 2019-cu ildən indiyədək, yəni təqribən 3 il ərzində bu rayonlardan ümumilikdə 12 milyon 188,6 min manatlıq satınalma sifarişi qazanıb.
Bu vəsaitin böyük hissəsi quba rayonunun payına düşür - 6 milyon 817 min manat. Xaçmaz rayonundan isə 5 milyon 371,4 min manat həcmində dövlət sifarişi əldə edilib.
Təkcə hələ başa çatmayan 2022-ciildə şirkət iki rayondan ümumilikdə 4,8 milyon manatlıq dövlət sifarişi alıb. Sifarişlərin əksəriyyəti təmir, yol təmiri və abadlaşdırma işləri üzrədir.
Qeyd edək ki, əsasən şimal bölgəsindəki tenderlərdə qalib gəlsə də, «TALEH-A.T» müəssisəsi Bakıda yerləşir. Şirkətin hüquqi ünvanı Baki şəhəri Nərimanov rayonu, Böyük Şor (daş karxana), ev 63Q, m. 2095-Cİ məhəllə ünvanındadır. Nizamnamə kaiitalı 8 milyon 437 min manat olan müəssisə 1997-ci ildə yaradılıb, qanuni təmsilçisi Əliyev Məhəmmədəli Heydər oğludur.
|
Satınalan təşkilat |
Mallar, xidmətlər, işlər |
Məbləğ |
Tarix |
1 |
Quba Rayonu Icra Hakimiyyəti |
Quba rayonu ərazisində abadlıq işlərinin satınalınması |
1 347 802 AZN |
24/10/2022 |
2 |
Quba Rayonu Icra Hakimiyyəti |
Quba rayonunun rayondaxili avtomobil yollarının əsaslı təmiri |
1 120 811 AZN |
24/10/2022 |
3 |
Xaçmaz Rayon İcra Hakimiyyəti |
2022-ci ildə Xaçmaz rayonunda görüləcək abadlıq işlərinin satınalınması |
1 227 918 AZN |
05/09/2022 |
4 |
Xaçmaz Rayon İcra Hakimiyyəti |
Xaçmaz və Xudat şəhərlərində avtomobil yollarının əsaslı təmiri |
1 077 756 AZN |
15/07/2022 |
5 |
Meliorasiya Və Su Təsərrüfatı ASC Samur-Abşeron Kanalının İstismarı İdarəsi |
Taxtakörpü Ceyranbatan kanalında Pk7+50 və Pk12+50 sol yamacında terrasların yaradılması işlərinin satın alınması |
137 712 AZN |
04/11/2021 |
6 |
Quba Rayonu İcra Hakimiyyəti |
Quba rayonu ərazisində abadlıq işlərinin satınalınması |
1 307 987 AZN |
20/09/2021 |
7 |
Xaçmaz Rayon İcra Hakimiyyəti |
Xudat şəhər Nizami Gəncəvi parkının, Xudat şəhər Heydər Əliyev prospektinin və Xaçmaz şəhər daxili küçələrin abadlaşdırılması |
986 200 AZN |
16/08/2021 |
8 |
Xaçmaz Rayon İcra Hakimiyyəti |
Xaçmaz və Xudat şəhərlərinin daxili avtomobil yollarının təmiri |
936 573 AZN |
17/07/2021 |
9 |
Quba Rayon İcra Hakimiyyəti Başçısının Zərdabi Qəsəbə İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi |
Uşaq bağçasında əsaslı təmir işləri |
38 900 AZN |
15.03.2021 |
10 |
Xaçmaz Rayon İcra Hakimiyyəti |
Xaçmaz şəhər daxili küçələrin təmiri və yenidən qurulması |
189 870 AZN |
17.12.2020 |
11 |
Xaçmaz Rayon İcra Hakimiyyəti |
Xaçmaz şəhər daxili küçələrin təmiri və yenidən qurulması |
953 054 AZN |
31.08.2020 |
12 |
Quba Rayonu İcra Hakimiyyəti |
Quba rayonu Dəvədabanı yaşayış massivində avtomobil yollarının tikintisi işlərinin aparılması |
849 761 AZN |
12.08.2020 |
13 |
Quba Rayonu İcra Hakimiyyəti |
Malların/ İşlərin/ Xidmətlərin adıQuba rayonu Zərdabi qəsəbəsində abadlıq işlərinin yerinə yetirilməsi |
1 699 464 AZN |
12.08.2020 |
14 |
Quba Rayonu İcra Hakimiyyəti |
Xüsusi geyim və inventarların alınması |
174 991 AZN |
26.07.2019 |
15 |
Quba Rayonu İcra Hakimiyyəti |
Sair məqsədlər üçün nəzərdə tutulmuş malların və xidmətlərin satın alınması |
139 800 AZN |
26.07.2019 |