Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi “Respublika ərazisində bir sıra təhsil müəssisələrində cari təmir işlərinin satınalınması” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi “S.H. İnşaat” MMC olub. Şirkətlə 2 milyon 657 min 133.88 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkətlə bundan əvvəl qurumun 2 milyon 465 min 628.2 manat dəyərindəki “Bir sıra təhsil müəssisələrində dam örtüyünün dəyişdiriməsinin satın alınması” tenderi üzrə müqavilə bağlanılıb (12.12.2022).