Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Mətbəx ləvazimatlarının və yeməkxana avadanlıqlarının satınalınması məqsədilə açıq tender elan edir.
FED.az TENDER xəbər verir ki, tender 13 (on üç) lot üzrə keçiriləcək.
Lot 1 Yemək dəstinin satınalınması - 450 manat
Lot 2 Mətbəx ləvazimatlarının satınalınması - 300 manat
Lot 3 Termoslar, su bidonları və qida tullantıları üçün bakların satınalınması - 160 manat
Lot 4 Elektron və mexaniki tərəzilərin satınalınması - 90 manat
Lot 5 İstehsalat masası və stellajların satınalınması - 150 manat
Lot 6 İri həcmli soyuducuların satınalınması - 150 manat
Lot 7 Dərin dondurucuların satınalınması - 160 manat
Lot 8 Elektrik və qaz plitələrinin satınalınması - 300 manat
Lot 9 Elektrik mətbəx və digər avadanlıqların satınalınması - 150 manat
Lot 10 İri həcmli çörəkbişirmə sobalarının satınalınması - 150 manat
Lot 11 Kiçik həcmli çörəkbişirmə sobaları satınalınması - 150 manat
Lot 12 Səhra mətbəxlərinin satınalınması - 160 manat
Lot 13 Qoşqulu və digər su çənlərinin satınalınması - 150 manat
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Zərifə Əliyeva küçəsi-30 ünvanında yerləşən Dövlət Sərhəd Xidməti Aparatının inzibati binasından ala bilərlər.
Hesab: Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti, HN: AZ19CTRE00000000000002388501,
VÖEN: 1700360581.
Dövlət Xəzinədarlıq Agentliyi
Kod: 210005;
VÖEN:1401555071
M/h: AZ41NABZ01360100000000003944;
S.W.İ.F.T BİK: CTREAZ22 2388501(2310) fond3 SK 142319.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Əlaqə telefonu: (012) 498-01-36
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-tenderdə iştirak etmək üçün yazılı müraciət;
-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
-tender təklifi dəyərinin 1 %-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır).
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
-İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-İddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
Tender təklifləri Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi, bank zəmanəti və iş qrafiki istisna olmaqla) 14 may 2019-cu il saat 17:00-dək, tender təklifi, bank zəmanəti və iş qrafiki isə möhürlənmiş ikiqat zərfdə 22 may 2019-cu il tarixə saat 16:00-dək Dövlət Sərhəd Xidmətinin Tender Komissiyasına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
Tender təkliflərində sərfəli qiymət və yüksək keyfiyyətlə qiymətləndirilən meyarlara üstünlük veriləcəkdir.
İddiaçıların təklifləri 23 may 2019-cu il tarixdə, saat 15:00-da Bakı şəhəri, Zərifə Əliyeva küçəsi-30 ünvanında yerləşən Dövlət Sərhəd Xidməti
Aparatının inzibati binasında açılacaqdır.
İddiaçı və ya onun notarial qaydada təsdiqlənmiş sənədlə müvəkkil etdiyi şəxslər tender prosedurunun açılışında iştirak edə bilərlər.
Sərhəd xidməti 13 lot üzrə - TENDER ELAN EDİR
11:54
24 Aprel 2019