Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi 2019-cu il aprelin 28-i və mayın 1-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək turizm sərgisində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi üçün “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun açar təhvili üsulu ilə sərgi stendinin quraşdırılması işlərinin satınalınması məqsədilə tender elan edir.
FED.az TENDER xəbər verir ki, Sərgi stendlərinin quraşdırılması sahəsində təcrübəsi olan və ixtisaslı işçi heyətinə malik rezident və qeyri-rezident hüquqi şəxslər iştirak edə bilərlər.
İddiaçılar təkliflər sorğusunda iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. Təkliflər sorğusunda iştirak üçün yazılı müraciət.
2. Qiymət təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır).
3. Təklifin dəyərinin 1 (bir) faizi həcmində bank təminatı (qiymət təklifinin qüvvədə olma müddətindən 30 (otuz) bank günü çox olmalıdır).
4. Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub- olmaması haqqında müvafiq vergi və sosial müdafiə orqanından arayış.
5. İddiaçının son 1 (bir) ildəki fəaliyyəti haqqında dövlət orqan(lar)ı tərəfindən təsdiq olunmuş maliyyə hesabatı.
6. İddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti haqqında bank arayışı.
7. İddiaçının ilkin qeydiyyat sənədlərinin və onlara edilmiş əlavə və düzəlişlərin müvafiq qaydada təsdiqlənmiş surətləri (iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsinin qeydiyyatdan keçdiyi ölkə və əsas fəaliyyət yeri göstərilməklə) və rekvizitləri.
8. Qiymət təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd.
9. İddiaçının analoji işlər üzrə iş təcrübəsini təsdiq edən sənədlər.
İddiaçılar konsorsium yaratmaqla təkliflər sorğusunda iştirak etmək istəyirlərsə, konsorsium barədə müqavilə, eləcə də konsorsium iştirakçısı olan bütün şirkətlər barədə yuxarıda göstərilən zəruri sənədləri (məlumatları) təqdim etməlidirlər. İddiaçılar təkliflərini qapalı, möhürlənib imzalanmış ikiqat zərflərdə iki nüsxədə (üzərində əsli və surəti yazılmış) təqdim etməlidirlər.
İddiaçıların təkliflərinin əsli və surəti arasında fərqlər olduqda üstünlük üzərində əsli sözü yazılmış nüsxəyə veriləcəkdir.
Azərbaycan Respublikasından olan iddiaçıların təkliflər sorğusuna təqdim edəcəkləri bütün sənədlər Azərbaycan Respublikasının dövlət dilində tərtib olunmalıdır. Xarici ölkələrdən olan iddiaçılar isə təmsil etdikləri dövlətin dilində hazırladıqları mətnlə birlikdə həmin mətnin Azərbaycan dilinə tərcümə olunmuş nüsxəsini əlavə etməlidirlər.
İddiaçılar öz təkliflərini əsas şərtlər toplusunda göstərilən müddəalara uyğun olaraq hazırlamalı, təkliflər sorğusunda iştirak etmək üçün sənədləri 11 aprel 2019-cu il saat 18.00- dək Bakı şəhəri, Landmark I, 3-cü mərtəbə, Nizami küçəsi 96 E nömrəli ünvana təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 12 aprel 2019-cu il saat 11.30-da Bakı şəhəri, Landmark I, 3-cü mərtəbə, Nizami küçəsi 96 E nömrəli ünvanda açılacaqdır.
Zərflər iddiaçıların səlahiyyətli nümayəndələrinin iştirakı ilə onların təqdimolunma ardıcıllığı üzrə açılacaq və təkliflər elan ediləcəkdir.
Sərgidə iştirak üçün – TENDER ELAN EDİB
09:25
10 Aprel 2019