“Azərbaycan İnvestisiya Şirkəti” ASC-yə məxsus Neftçala və Masallı sənaye məhəllələrinin qaz xətlərinə texniki baxışın keçirilməsi və texniki xidmətin göstərilməsi ilə bağlı görüləcək işlərin satın alınması ilə əlaqədar keçirilmiş kotirovka sorğusu proseduru başa çatmışdır.
Eləcə də bax: Azərbaycanda keçirilən dövlət tenderlərinin – SAYI AÇIQLANDI
FED.az xəbər verir ki, Tender Komissiyasının 07.01.2020-ci il tarixli qərarına əsasən “NNN Tikinti Quraşdırma” MMC şirkəti kotirovka sorğusunun qalibi seçilmişdir. Qalib şirkətlə 07.01.2020-ci il tarixli müqavilə bağlanmışdır.
Qeyd edək ki, Masallı sənaye məhəlləsində fəaliyyət göstərən sahibkarlar qazın təzyiqindən narazılıq edirdilər. Onlar sənaye məhəlləsinə məişət təzyiqilə təbii qaz verildiyini və bu təzyiqin sənaye üçün yetərli olmadığını bildirirdilər.
Marja