FED.az xəbər verir ki, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2018-ci il tarixli 373 nömrəli sərəncamının icrası ilə əlaqədar “Sel və daşqın təhlükəli çayların zərərli təsirinə qarşı mübarizə və qəza vəziyyətinin aradan qaldırılması tədbirləri” obyekti tərkibində respublikanın müxtəlif rayon ərazilərindən keçən dağ çaylarında sel və daşqın sularından mühafizə tədbirlərinin aparılması üçün aşağıdakı lotlar üzrə Açıq Tender Elan Edir
Lot-1. Qusar rayonu ərazisində Samur çayında sahilbərkitmə işləri;
Qəbələ rayonu ərazisində Dəmiraparançayda sahilbərkitmə işləri;
Lot-2. Göyçay rayonu ərazisində Göyçay çayında baş su qəbuledici qurğunun təmir-bərpası və selə qarşı mühafizə tədbirləri (Göyçay çayı üzrə);
Lot-3. İsmayıllı rayonu ərazisində Göyçay çayında sahilbərkitmə işləri;
Oğuz rayonu ərazisində Daşağılçay çayında sahilbərkitmə işləri;
Lənkəran rayonu ərazisində Viravulçayda sahilbərkitmə işləri;
Lot.4. Şəki rayonu ərazisində Şinçay çayında sahilbərkirmə işləri;
Zaqatala rayonu ərazisində Silibançay çayında sahilbərkitmə işləri;
Qax rayonu ərazisində Zərnəçayda sahilbərkitmə işləri;
Balakən rayonu ərazisində Qanıx çayında sahilbərkitmə işləri;
Lot-5. Ağcabədi rayonu ərazisində Qarqarçay çayının sel sularından mühafizəsi tədbirləri;
Lot-6. Qazax rayonunun Şıxlı arxının dəhnəsində aparılan tikinti işlərinin davam etdirilməsi;
Lot-7. Ağsu rayonu ərazisində Ağsuçayda sahilbərkitmə işləri;
Lot-8. Gədəbəy rayonu ərazisində Narzan çayında sahilbərkitmə işləri;
Lot-9. Astara rayonu ərazisində Astaraçayda sahilbərkitmə işləri;
Lot-10. Lənkəran rayonu ərazisində Ulumçayda sahilbərkitmə işləri.
Tender iştirakçıları “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yuxarıda göstərilən tender predmeti üzrə təkliflərini möhürlənmiş, imzalanmış və ikiqat bağlamada yazılı surətdə təqdim etməlidirlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
- aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, iddiaçının bu sahədə təcrübəsi və maliyyə vəziyyəti;
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.
Görüləcək işlər satınalma müqaviləsinin qüvvəyə mindiyi gündən 2 ay ərzində icra edilməli və mövcud qanunvericiliyə uyğun təhvil verilməlidir.
Tenderlə əlaqədar məlumat almaq üçün maraqlananlar əlaqələndirici şəxsə müraciət edə bilərlər.
Əlaqələndirici şəxs: Rəfail Məmmədov, telefon: 431-08-64, faks: 430-79-57.
Ünvan: Bakı şəhəri, Moskva prospekti, 69a, tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti.
Maraqlananlar Azərbaycan dilində tərtib edilmiş əsas şərtlər toplusunu hər bir lot üçün 500 manat məbləğdə iştirak haqqı ödədikdən sonra yuxarıda göstərilən ünvandan ala bilərlər.
İddiaçılar iştirak haqqını aşağıdakı hesaba ödəməlidirlər:
Bank rekvizitləri: Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti
VÖEN: 1300300711
h/h: AZ10IBAZ 38070019449716100216
“Azərbaycan Beynəlxalq Bankı”nın Yasamal filialı
m/h: AZ03NABZ01350100000000002944
VÖEN: 9900001881
Kod: 805562
SWIFT : IBAZAZ2Х (AZIPS-in üzvü)
Tenderdə iştirak haqqı heç bir halda geri qaytarılmır.
Tenderdə iddiaçı kimi iştirak etmək istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- iddiaçının tam adını, hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış, lisenziya və s.) notarial qaydada təsdiq edilmiş surətləri;
- iddiaçının son üç ildəki maliyyə vəziyyəti barədə bank arayışı;
- bank rekvizitləri;
- işləri yerinə yetirmək üçün tələb olunan potensial imkanları və maşın-mexanizmləri haqqında məlumat ;
- tender təklifinin qüvvədə olma müddəti zərflərin açıldığı gündən sonra ən azı 30 bank günüdür;
- tender təklifinin təminatı ümumi təklifin 2 faizi həcmində olmalıdır və zərflərin açıldığı gündən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti.
Sənədlər Azərbaycan dilində 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 25 sentyabr 2018-ci il saat 17.00-dək, tender təklifi və bank təminatını isə möhürlənmiş və ikiqat zərfdə 8 oktyabr 2018-ci il saat 18.00-а qədər yuxarıda göstərilən ünvana təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
Təklif zərfləri 9 oktyabr 2018-ci il saat 16.00-dа Bakı şəhəri, Hökumət evi, V mərtəbədə, 514 nömrəli otaqda açılacaqdır .
Təklif zərflərinin açılışında iddiaçıların səlahiyyətli nümayəndələri də iştirak edə bilərlər.
Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olacaqdır.
Sel və daşqına qarşı tədbirlər görüləcək – TENDER ELANI
13:47
28 Avq 2018