Dövlət Turizm Agentliyi Şəki şəhərində yerləşən “Yuxarı Karvansaray” kompleksində yenidənqurma, bərpa və abadlıq işlərinin aparılması üçün layihə-smeta sənədlərinin hazırlanması üçün açıq tender elan edib.
Eləcə də bax: Ekologiya və Təbii Sərvətlər Nazirliyi tenderi -LƏĞV EDİB
Tenderdə iştirak haqqı 200 manatdır.
FED.az xəbər verir ki, İddiaçılar ilkin sənədləri dekabrın 7-i, saat 12:00-a qədər, tender təklifi və bank təminatını isə dekabrın 15-i, saat 18:00-a qədər dövlət satınalmalarının vahid internet portal vasitəsi ilə təqdim edə bilərlər.
Tenderin nəticəsi dekabrın 16-da, saat 12:00-da portalda açıqlanacaq.
Telefon: (012) 505-87-04 (daxili 2304)