Şəki Suvarma Sistemləri İdarəsi iki tendrin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, "Çay məcralarında tənzimləmə və sahilbərkitmə məqsədi ilə məcraların sıyrılması, mühafizə bəndlərinin möhkəmləndirilməsi işlərinin satın alınması" tenderin qalibi "Ases İnşaat" MMC olub. Qalib şirkətə 155 193 manat ödəniləcək.
"Torpaqqazan mexanizmlər (ekskovator, buldozer və s.) üçün ehtiyyat hissələrinin satın alınması" tenderində isə "Azizi" MMC qalib gəlib.
Bu tenderin məbləği 132 347 manat ödəniləcək.