"Şəki İpək" kombinatının əsaslı təmiri üçün Azərbaycan Sənaye Korporasiyası (ASK) şirkəti ilə "VS ENERJI SERVİS" şirkəti arasında müqavilə bağlanıb.
FED.az xəbər verir ki, bu işlərin həyata keçirilməsi ASK-ya 705,8 min manata (415 min dollar) başa gələcək.
Tərəflər arasındakı müqavilə 2 aprel tarixində imzalanıb. "VS ENERJI SERVİS" MMC təkliflər sorğusu ilə seçilib.