FED.az xəbər verir ki, Şəki Şəhər İcra Hakimiyyəti özünün inzibati binasının cari təmiri işlərinin satınalınması ilə əlaqədar KOTİROVKA SORĞUSU ELAN EDİR
Kotirovka sorğusunun qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: mövcud qanunvericiliyə uyğun olaraq ən sərfəli kotirovka təklifinə, yüksək keyfiyyətə, analoji işlər üzrə təcrübəsinə, kadr potensialına, maliyyə və texniki imkanlarına.
İddiaçıların kotirovka təklifləri Azərbaycan dilində tərtib olunmalıdır.
Təkliflər 2 nüsxədə (əsli və surəti) 2018-ci il iyulun 30-dək ikiqat zərfdə, bağlanmış və möhürlənmiş şəkildə Şəki Şəhər İcra Hakimiyyətinə (1-ci mərtəbə, 1-ci otaq) təqdim edilməlidir.
Təkliflər zərfləri 2018-ci il iyulun 31-i saat 11.00-da Şəki Şəhər İcra Hakimiyyətində (3-cü mərtəbə, 1-ci otaq) açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Kotirovka sorğusu haqqında məlumatları aşağıdakı ünvandan almaq olar:
Əlaqələndirici şəxs: Taleh Alxasov, telefon: 024-244-28-70
Şəki İcra Hakimiyyəti - kotirovka sorğusu
11:21
21 İyul 2018