Səhiyyənin Təminat Mərkəzi açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda AR Səhiyyə Nazirliyinin tabeliyində olan tibbi müəssisələr üçün yumşaq inventarların, yataq ləvazimatlarının və xüsusi geyimlərin satınalması nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 450 manat təşkil edir .
Satınalan təşkilatın VÖEN-i : 1008078521
Satınalan təşkilatın ünvanı : Azərbaycan Respublikası. Bakı şəhəri, AZ 1022 akad. M.Mirqasımov küç. 1A
Müsabiqənin başlama tarixi və vaxtı: 13.10.2023 14:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 03.11.2023 14:30
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 15.11.2023 14:00
Zərflərin açılış tarixi və vaxtı: 16.11.2023 14:30
Ödəniş şərtləri : İcraçının təqdim etdiyi sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında 15 bank günündən gec olmamaq şərti ilə
Çatdırılma yeri : Bakı ş., Binəqədi rayonu, Binəqədi şossesi, 5
Çatdırılma müddəti : 30 təqvim günü ərzində
Çatdırılma şərtləri : DDP
Tələb olunan sənədlər :
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması baədə sənəd
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi haqqında sənəd
Sahibkarlıq subyektinin bölgüsü mikro, kiçik, orta sahibkarlıq meyarlarına uyğun olması barədə arayış
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması
Malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki)maliyyə vəziyyəti barədə arayış
Son bir il ərzində fəaliyyəti barədə vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatlarının surəti
“Tender iştirakçısının komplekt anket" Forması
Tender predmeti ilə bağlı malgöndərənin lazım bildiyi digər sənədlər
İxtisas göstəriciləri:
Satınalan təşkilat tərəfindən meyar müəyyən edilməyib
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Nicat Abışov,Mütəxəssis
Email: [email protected]
Əlaqə telefonu: +994505055710
***
Səhiyyənin Təminat Mərkəzi açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda AR Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələri üçün məişət avadanlıqlarının satınalması nəzərdə tutulur.