Səhiyyənin Təminat Mərkəzi 2 tenderə yekun vurub.
FED.az xəbər verir ki, “İxtioz və bullyoz epidermoliz xəstəliklərinin müalicəsində və profilaktikasında istifadə olunan dərmanların və digər tibbi ləvazimatların satınalınması” tenderinin qalibi “Keşəli” MMC olub.
Qalib şirkətə 3 048 899 manat ödəniləcək.
“Xəstəliklərin profilaktikası, diaqnostikası və müalicəsi üçün istifadə olunan tibbi ləvazimatlar və sərfiyyat materiallarının satınalınması” tenderinin qalibi “Azəri Med” QSC olub.
Qalib şirkətə 5 847 956 manat ödəniləcək.