Səhiyyə Nazirliyinin “ Salyan Rayon Mərkəzi Xəstəxanasının Doğum evinin və Uşaq Xəstəxanasının əsaslı təmiri və tibbi avadanlıqla təchiz edilməsi (tibbi avadanlıqların alınıb quraşdırılması)” və “Samux Rayon Mərkəzi Xəstəxanasının tikintisi və tibbi avadanlıqla təchiz edilməsi (tibbi avadanlıqların alınıb quraşdırılması)” tenderlərinin nəticələri açıqlanıb.
Eləcə də bax: “Mənzil-Kommunal Təmir Xidməti” təmir işləri ilə bağlı – TENDER ELAN ETDİ
FED.az xəbər verir ki, hər iki tenderin qalibi "Azmedtech" MMC şirkəti olub. Şirkətlə müvafiq olaraq, birinci tenderlə bağlı 3 milyon 618 min 224 manat , ikinci tenderlə bağlı isə 4 milyon 782 min 387dəyərində müqavilə imzalanıb. Hər iki müqavilənin ümumi dəyəri isə 8 milyon 400 min 612 manatdır.
Qeyd edəki, şirkət bundan əvvəl də nazirliyin dəyəri 3 milyon manata yaxın olan bir neçə tenderinin də qalibi oldu.