Səhiyyə Nazirliyi "Səhiyyə Müəssisələrində cari təmir işlərinin layihə-smeta sənədlərinin hazırlanması" üzrə tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 350 manatdır.
Müsabiqənin başlama tarixi və vaxtı: 07.03.2023 18:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 05.04.2023 10:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 13.04.2023 10:00
Zərflərin açılış tarixi və vaxtı: 14.04.2023 10:00
İştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş Sistemi vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmək üçün müsabiqəyə daxil olaraq müvafiq ödənişi etdikdən sonra təklif göndərmək mümkün olacaqdır.
Ödəniş şərtləri - Müqavilə əsasında
Çatdırılma yeri - Bakı şəhəri Nəsimi rayonu, M.Mirqasımov küç 1A
Çatdırılma şərtləri - DDP
Çatdırılma müddəti -60 təqvim günü
Sayı- 11 ədəd
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Vurğun Abdullayev, Sənədlər və məktublar üzrə mütəxəssis
Email: [email protected]
Əlaqə telefonu: 0124930318