Səhiyyə Nazirliyi “Layihə Əlaqələndirmə Bürosu dəstəkçi sənədlərin işlənib hazırlanmasına kömək etmək xidməti (Qlobal Fond HİV/AİDS, Vərəm və Malyariya ilə mübarizə üzrə Programın Lahiyəsinin Əlaqələndirmə Bürosu)” üzrə kotirovka sorğusu elan edir.
FED.az xəbər verir ki, sorğuda iştirak haqqı 100 manatdır. Müsabiqə fevral ayının 2-də başlayır. Təkliflər fevralın 16-dək təqdim edilməlidir. Zərflər fevral ayının 17-də açılacaq.
Satınalan təşkilatın VÖEN-i: 1400049171
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, M.Mirqasımov küçəsi 1A
Çatdırılma yeri: Bakı şəhəri ,Tərlan Əliyərbəyov küçəsi 3
Çatdırılma müddəti: 10 AY
Açıqlama: Ölkənin bacarıq səviyyəsinin gücləndirilməsində və Azərbaycan Respublikasında milli əməkdaş təşkilat, MVP (Milli Vərəm Proqramı), MQP (Milli QİÇS Proqramı) və QF-un (Qlobal Fond) layihə əlaqələndirmə bürosu ilə dialoq prosesinin dəstəklənməsində İşçi Qrupuna texniki yardım göstərmək və kömək etmək. Bunun nəticəsində vərəm və İİV ilə bağlı müraciətlər üçün aşağıdakı sənədlər hazırlanacaq: - Maliyyələşmə üçün Müraciət Ərizə Forması - Proqram Boşluqları Cədvəl(lər)i - Maliyyələşmə Şərtlərinin Cədvəl(lər)i - İşlərin İcrası Çərçivəsi - Büdcə - Digər dəstəkçi sənədlər Xüsusi tapşırıqlar: Azərbaycanda yerli işçi qrupu, LƏB, MVP, MQP və Səhiyyə Nazirliyi ilə birlikdə mövcud olan bütün əsas sənədlərdən (ÜST-nin missiya hesabatları, MVP icmal hesabatları və son hazırlanmış Milli Strateji Plan və digərləri) istifadə etməklə kənar məsləhətçi: - iştirakçılar arasında ixtisas boşluqlarını aradan qaldırmaq və proqramın nəzərdən keçirilməsini, boşluqların təhlilini, konsepsiya qeydini tamamlamaq üçün ehtiyacların prioritetləşdirilməsinə dəstək vermək üçün Azərbaycanda yerli işçi qrupu və vərəm və HİV ilə mübarizə sahəsində fəaliyyət göstərən əsas maraqlı tərəflərlə işləyəcək; - tərəfdaş təşkilatların missiyaları və təhlilləri ilə müəyyən edilmiş bütün prioritet məsələlərin müzakirə olunmasına və tərtib edilməsinə dəstək göstərəcək; - ölkəyə aid məlumatların tərtib edilməsinə kömək edəcək.