Səhiyyə Nazirliyi “Minivanların satınalınması (2 ədəd- Qlobal Fond HİV/AİDS, Vərəm və Malyariya ilə mübarizə üzrə Programın Lahiyəsinin Əlaqələndirmə Bürosu)” üzrə tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak üçün tələb olunan məbləğ 250 manatdır, müsabiqə noyabr ayının 18-də başlayır, tələb olunan sənədlər dekabrın 9-dək, tender təklifləri isə dekabr ayının 19-dək təqdim edilməlidir. Zərflər dekabr ayının 20-də açılacaq.
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, M.Mirqasımov küçəsi 1A