Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun ərazisində yerləşən Milli Referans Laboratoriyasının təmirinin layihə-smeta sənədlərinin hazırlanması (Qlobal Fond HİV/AİDS, Vərəm və Malyariya ilə mübarizə üzrə Programın Layihəsinin Əlaqələndirmə Bürosu) ilə bağlı açıq tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 250 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1400049171
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, M.Mirqasımov küçəsi 1A
Müsabiqənin başlama tarixi və vaxtı: 09.08.2023 11:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 30.08.2023 11:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 07.09.2023 18:00
Zərflərin açılış tarixi və vaxtı: 08.09.2023 11:00
Ödəniş şərtləri - Təqdim edilən sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında mallar/xidmətlər/işlər Sifarişçiyə təhvil verildikdən sonra 15 (on beş) bank günü ərzində aparılır.Qrant vəsaiti olduğu üçün ƏDV -siz
Çatdırılma yeri - Bakı şəhəri, Tərlan Əliyərbəyov 3
Çatdırılma müddəti - 90 təqvim günü
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
Sahibkarlıq subyektinin bölgüsü
Müvafiq layihə-smeta sənədlərinin hazırlanması barədə lisenziya (icazə - tələb olunduğu halda icazənin bütün növləri);
Keçiriləcək tender müsabiqəsinin elanının verildiyi tarixdən sonrakı tarixə iddiaçının Səhmlərinin girovda olmaması və üzərində həbs olmaması barədə
müəssisənin maddi-texniki bazası, o cümlədən, şirkətin kadr potensialı (rəhbər işçilərin və mütəxəssislərin diplomlarının surəti və əmək reyestri sistemindən işçilərin əmək müqaviləsi bildirişi çap edilərək portala yüklənməlidir.) barədə təsdiq edilmiş məlumat.
Cəlb olunacağı təqdirdə subpodratçılar tərəfindən Subpodrat müqaviləsi, Subpodratçının ixtisas göstəricilərini təsdiq edən sənədlər, onun kadr potensialı, son 2 ildə icra etdiyi layihələr barədə məlumatlar təqdim olunmalıdır;
İddiaçının 2022-ci il üçün Dövlət Vergi Xidməti tərəfindən təsdiqlənmiş mənfəət vergi bəyannaməsi
Son 1 il üzrə maliyyə dövriyyəsi ilə bağlı bankdan arayış;
son 2 ildə icra etdiyi layihələr barədə məlumatlar təqdim olunmalıdır;
İxtisas göstəriciləri:
Son 2 ildə icra etdiyi layihələr barədə məlumatlar
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Azər Mirzəzadə, ofis menecer
Email: [email protected]
Əlaqə telefonu: +994124982032