Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli körpələr evi 2021-ci il üçün camaşırların, (iş və xidmətlərin) satın alınması məqsədilə açıq tender elan edir.
Azərbaycan Turizm Bürosu tender - ELAN EDİR
FED.az xəbər verir ki, tender iştirakçıları dövlət satınalmalarının www.etender.gov.az vahid internet portalına (portal) elekton imzaları vasitəsilə daxil olaraq tender haqqında ətraflı məlumat əldə edə bilərlər. Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
- aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi, maliyyə vəziyyəti.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Malların təchizatı, iş və xidmətlərin yerinə yetirilməsi cədvəli hər ay müəyyən edilmiş və 2021-ci il dekabrın 30-na kimi nəzərdə tutulmuşdur.
Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır.
Tenderlə əlaqədar məlumat almaq istəyənlər əlaqələndirici şəxsə müraciət edə bilərlər.
Əlaqələndirici şəxs- Məlahət Mehrəliyeva, telefon- 012- 440-49-28.
Ünvan-Bakı, Bakıxanov küçəsi 37, 1 nömrəli körpələr evi.
Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsilə təqdim edə bilərlər.
Tenderdə iştirak haqqı 300 manatdır.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər.
ADI- MNDXA – nın 8 saylı Xəzinədarlıq İdarəsi
VÖEN- 1401555071
Kod- 210005
M/h- AZ41NABZ01360100000000003944
S.W.İ.F.T BİK- CTREAZ22
Hh- AZ69CTRE00000000000002128223
Kitab- 009283
Fond -7
Büdcə səviyyəsinin kodu- 142330
VÖEN- 1405060291
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-tenderdə iştirak etmək üçün yazılı müraciət;
-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
-iddiaçının hüquqi statusunu əks etdirən sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış, VÖEN) notariat qaydasında təsdiq edilmiş surətləri, ƏDV qeydiyyatının olub-olmamasını müyyən etməyə imkan verən sənədlərin surətləri;
-tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmr);
-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-digər sənədlər.
Sənədlər Azərbaycan dilində tərtib olunmalı (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir) və portala yüklənməlidir. İddiaçılar tenderlə bağlı sualları yalnız portal vasitəsi ilə satınalan təşkilata ünvanlaya bilərlər.
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 2 sentyabr 2021-ci il saat 11.00-a, tender təklifi ilə bank təminatı sənədlərini isə 10 sentyabr 2021-ci il saat 11.00-a qədər portal vasitəsilə portal vasitəsilə təqdim etməlidirlər.
İddiaçıların tender təkliflərinin açılışı 11 sentyabr 2021-ci il saat 11.00-da dövlət satınalmalarının vahid internet portalında aparılacaqdır.
QEYD- tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.