Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi açıq tender elan edir.
Milli Depozit Mərkəzi tenderin qalibini - AÇIQLADI
FED.az xəbər verir ki, tender 2 lot üzrə keçiriləcəkdir.
Lot-1. 2 nömrəli Sumqayıt Şəhər Xəstəxanasının yeni binasının tikintisinin (tikintinin davamı) satın alınması.
Lot-2. Samux Rayon Mərkəzi Xəstəxanasının tikintisinin (tikintinin davamı) satın alınması.
İddiaçılara təklif edilir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, öz tender təkliflərini möhürlənib imzalanmış 2 nüsxədən ibarət (əsli və surəti yazılmış) ayrı-ayrı zərflərdə yazılı surətdə təqdim etsinlər.
İddiaçılar hər lot üçün 400 (dörd yüz) manat məbləğdə iştirak haqqını qeyd olunan hesaba köçürdükdən sonra tender sənədlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən (Bakı şəhəri, M.Mirqasımov küçəsi 1A, (012) 565-12-41) ala bilərlər.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Rekvizitlər:
Təşkilat-Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi
VÖEN- 1400049171
Bankın adı- Dövlət Xəzinədarlığı Agentliyi
Kod- 210005
VÖEN- 1401555071
M/h- АZ41NABZ01360100000000003944
S.W.İ.F.T BİK- CTREAZ22
H/h- АZ81CTRE00000000000002128201
Fond- 7, iqtisadi təsnifat kodu- 1 42330, xəzinə hesab kitabı -002730
Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır.
Tender təklifləri möhürlənib imzalanmış ikiqat bağlı zərfdə 29 iyul 2021-ci il saat 17.00-a kimi tender komissiyasına təqdim edilməlidir.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri (tender təklifi və təklifin 1faizi məbləğində bank zəmanəti istisna olmaqla) zərfdə 22 iyul 2021-ci il saat 17.00-a kimi tender komissiyasına təqdim etməlidirlər.
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- təmir-tikinti quraşdırma işlərinin həyata keçirilməsi barədə lisenziya və baş podratçı kimi fəaliyyətini təsdiq edən sənədlər mütləqdir;
- müəssisənin maddi- texniki bazası və kadr potensialı barədə təsdiq edilmiş məlumat;
- son üç ildə şirkət tərəfindən baş podratçı kimi təmir-tikintisi başa çatdırılan obyektlərin istismara verilməsini təsdiqləyən sənədlər (müqavilələr, istismara icazə aktı və sair);
- dəyəri 3.0 (üç) milyon ABŞ dollarına ekvivalent məbləğdən yuxarı olan obyektlərdə baş podratçı kimi fəaliyyət göstərməsini və müvafiq olaraq 3 (üç) illik maliyyə dövriyyəsinin bu məbləğdən az olmadığını təsdiq edən sənədlər;
- iddiaçının müflis elan olunmaması, əmlakı üzərində həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə arayış (müvafiq vergilər idarəsi);
- iddiaçıların səhiyyə müəssisələrinin təmir-tikintisində təcrübəsi barədə müvafiq müqavilələrin surəti və yüksək maliyyə dövriyyəsinə malik olması barədə bankdan arayışı;
- iştirak haqqının ödənilməsi barədə bank sənədi.
- iddiaçının tam adı, hüquqi statusu, Azərbaycan Respublikasında qeydiyyatı və rekvizitləri (hüquqi sənədlərin surəti, notarial qaydada təsdiq olunmalıdır).
- iddiaçının vergilərə və icbari ödənişlərə aid borcunun olub-olmaması haqqında müvafiq arayış;
- iddiaçılar tender təklifini (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır) və ümumi təklifin 1faizi həcmində tender təklifinin bank zəmanətini (təklifin qüvvədə olma müddətindən sonra 30 bank günündən çox olmalıdır) iki nüsxədən ibarət (əsli və surəti yazılmış) ikiqat bağlı zərfdə 29 iyul 2021-ci il saat 17.00-a kimi tender komissiyasına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim edilən zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklif zərfləri yuxarıda qeyd olunan ünvanda 30 iyul 2021-ci il saat 15.00-da açılacaqdır.