Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi açıq tender elan edir.
Abşeron Rayon İcra Hakimiyyəti kotirovka sorğusu - ELAN EDİR
FED.az xəbər verir ki, tender 2 lot üzrə keçiriləcəkdir.
Lot-1. 2 nömrəli Sumqayıt Şəhər Xəstəxanasının yeni binasının tikintisinin (tikintinin davamı) satın alınması.
Lot-2. Samux Rayon Mərkəzi Xəstəxanasının tikintisinin (tikintinin davamı) satın alınması.
İddiaçılara təklif edilir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanununa uyğun öz tender təkliflərini möhürlənib imzalanmış 2 nüsxədən ibarət (əsli və surəti yazılmış) ayrı-ayrı zərflərdə olmaqla yazılı surətdə təqdim etsinlər.
İddiaçılar hər lot üçün 400,00 (dörd yüz) manat məbləğdə iştirak haqqını qeyd olunan hesaba köçürdükdən sonra tender sənədlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən (Bakı şəhəri, M.Mirqasımov küçəsi 1A, (012) 565-12-41) ala bilərlər.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Rekvizitlər:
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi
VÖEN- 1400049171
Bankın adı- Dövlət Xəzinədarlığı Agentliyi
Kod- 210005
VÖEN- 1401555071
M/h- АZ41NABZ01360100000000003944
S.W.İ.F.T BİK- CTREAZ22
H/h- АZ81CRTE00000000000002128201
Fond -7
İqtisadi təsnifat kodu-142330
Xəzinə hesab kitabı -002730
Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır.
Tender təklifləri möhürlənib imzalanmış ikiqat bağlı zərfdə 29 iyul 2021-ci il saat 17.00-a kimi tender komissiyasına təqdim edilməlidir.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri (tender təklifi və təklifin 1 faizi məbləğində bank zəmanəti istisna olmaqla) zərfdə 22 iyul 2021-ci il saat 17.00-a kimi tender komissiyasına təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- təmir-tikinti və quraşdırma işlərinin həyata keçirilməsi barədə lisenziya və baş podratçı kimi fəaliyyətini təsdiq edən sənədlər mütləqdir;
- müəssisənin maddi -texniki bazası və kadr potensialı barədə təsdiq edilmiş məlumat;
- son üç ildə şirkət tərəfindən baş podratçı kimi təmir-tikintisi başa çatdırılan obyektlərin istismara verilməsini təsdiq edən sənədlər (müqavilələr, istismara icazə aktı və sair);
- dəyəri 3.0 (üç) milyon ABŞ dollarına ekvivalent məbləğdən yuxarı olan obyektlərdə baş podratçı kimi fəaliyyət göstərməsini və müvafiq olaraq 3 (üç) illik maliyyə dövriyyəsinin bu məbləğdən az olmadığını təsdiqləyən sənədlər;
- məhkəmə çəkişmələrində iştirak etməmələri barədə arayış;
- iddiaçıların səhiyyə müəssisələrinin təmir-tikintisində təcrübəsi barədə müvafiq müqavilələrin surəti və yüksək maliyyə dövriyyəsinə malik olması barədə bankdan arayış;
- iştirak haqqının ödənilməsi barədə bank sənədi.
- iddiaçının tam adı, hüquqi statusu, Azərbaycan Respublikasında qeydiyyatı və rekvizitləri (hüquqi sənədlərin surəti, notarial qaydada təsdiq olmalıdır).
- iddiaçının vergilərə və digər icbari ödənişlərə aid borcunun olub-olmaması haqqında müvafiq arayış.
- iddiaçıların tender təklifləri (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır) və ümumi təklifin 1 faizi həcmində tender təklifinin bank zəmanəti (təklifin qüvvədə olma müddətindən 30 bank günündən çox olmalıdır) iki nüsxədən ibarət (əsli və surəti yazılmış) ikiqat bağlı zərfdə 29 iyul 2021-ci il saat 17.00-a kimi tender komissiyasına təqdim edilməlidir.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklif zərfləri yuxarıda qeyd olunan ünvanda 30 iyul 2021-ci il saat 15.00-da açılacaqdır.