Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi tenderin qalibini elan edib.
AZAL tenderin qalibini - ELAN ETDİ
FED.az xəbər verir ki, "Şəkərli Diabet üzrə Dövlət Proqramı"na uyğun nəzərdə tutulmuş dərman və tibbi ləvazimatların (1 lot), zəruri olan, bəzi dövlət və tədbirlər proqramlarına uyğun nəzərdə tutulmuş dərman və tibbi təyinatlı vasitələrin (2 lot), zəruri olan, bəzi Dövlət və Tədbirlər proqramlarına uyğun nəzərdə tutulmuş diaqnostik, laborator və digər tibbi təyinatlı vasitələrin, ləvazimatların və materialların (2 lot) təmin edilməsi üzrə tenderdə iştirak edən iddiaçıların qiymət təklifləri qiymətləndirib. Açıq tenderin qalibləri müvafiq olaraq “AvroMed Company 15” QSC, “M-Complex”, “Zeytun Pharmaceuticals”, “Fuad-Kimya Servis” və “Albatros Heltkeyr” MMC-lərdir.
Qalib şirkətlərə müvafiq olaraq 29,833 milyon manat, 264 min manat, 19,159 milyon manat, 3,679 milyon manat, 850 min manat, ümumilikdə isə 53,785 milyon manat ödəniləcək.