Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi açıq tender elan edir.
Nazirlik təmir işlərinə 4 milyon manat xərcləyəcək
FED.az xəbər verir ki, satınalma 3 lot üzrə keçiriləcəkdir.
Lot-1. Bakı Şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində olan 2 nömrəli doğum evinin əsaslı təmirinin (tibbi avadanlıqlarla təchizatı) satın alınması.
Lot-2 . Qəbələ Rayon Mərkəzi Xəstəxanası binasının tikintisinin (tibbi avadanlıqlarla təchizatı) satın alınması.
Lot -3 . Sumqayıt şəhər 2 nömrəli xəstəxanasının yeni binasının tikintisi işlərinin (tibbi avadanlıqlarla təchizatı) satın alınması.
İddiaçılara təklif olunur ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun öz təkliflərini möhürlənib imzalanmış 2 nüsxədən ibarət (əsli və surəti yazılmış) ayrı-ayrı zərflərdə yazılı surətdə təqdim etsinlər.
İddiaçılar hər lot üçün 400 (dörd yüz) manat məbləğdə iştirak haqqını qeyd olunan hesaba köçürdükdən sonra tender sənədlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən (Bakı şəhəri, M.Mirqasımov küçəsi 1A, (012) 565-12-41) ala bilərlər.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Rekvizitlər:
Təşkilat-Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi
VÖEN- 1400049171
Bankın adı- Dövlət Xəzinədarlığı Agentliyi
Kod- 210005
VÖEN- 1401555071
M/h- АZ41NABZ 01360100000000003944
S.W.İ.F.T BİK- CTREAZ22
H/h- АZ81CTRE 00000000000002128201
Fond- 7, iqtisadi təsnifat kodu- 142330, xəzinə hesab kitabı -002730
Satınalmanın əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır.
Təkliflər möhürlənib imzalanmış ikiqat bağlı zərfdə 17 avqust 2021-ci il saat 17.00-a kimi tender komissiyasına təqdim edilməlidir.
İddiaçılar satınalmada iştirak üçün aşağıdakı sənədləri (təklif və təklifin 1 faizi məbləğində bank zəmanəti istisna olmaqla) zərfdə 9 avqust 2021-ci il saat 17.00-a kimi tender komissiyasına təqdim etməlidirlər:
- satınalmada iştirak üçün yazılı müraciət;
- iddiaçının tam adı, hüquqi statusu, Azərbaycan Respublikasında qeydiyyatı və rekvizitləri (hüquqi sənədlərin surəti, notarial qaydada təsdiq olunmalıdır);
- maliyyə vəziyyəti haqqında bankdan arayış;
- iddiaçının vergilərə və icbari ödənişlərə aid borcunun olub-olmaması haqqında müvafiq arayış;
- iddiaçının müflis elan olunmaması, əmlakı üzərində həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə arayış (müvafiq vergilər idarəsi);
- səhiyyə müəssisələrinin tibbi avadanlıqlarla təchizatı ilə əlaqədar fəaliyyəti barədə məlumat (26.1.9; 6.2);
- malgöndərən verdiyi mallara, gördüyü işlərə 12 (on iki) ay zəmanət, avadanlıqların təmiri zərurəti yarandıqda isə 18 (on səkkiz) ay müddətinə öhdəlik təminatı verməlidir;
- iddiaçının tibbi avadanlıqlara texniki xidmət göstərmək üçün işçi heyəti, texniki imkanları və servis xidməti olmalı, yaxud bu xidmətlərin göstərilməsini təmin edə bilməlidir. Əgər iddiaçı istehsalçı şirkət deyilsə, istehsalçı şirkət tərəfindən həmin avadanlıqların iddiaçı şirkətə satacağına razılığı, avadanlıqlara veriləcək zəmanətin müddəti və avadanlıqları ehtiyat hissələri ilə təmin edəcəkləri barədə rəsmi məktub təqdim edilməlidir;
- iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- iddiaçılar təklif (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır) və ümumi təklifin 1 faizi həcmində təklifin bank zəmanətini (təklifin qüvvədə olma müddətindən 30 bank günündən çox olmalıdır) iki nüsxədən ibarət (əsli və surəti yazılmış) ikiqat bağlı zərfdə 17 avqust 2021-ci il saat 17.00-a kimi tender komissiyasına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklif zərfləri yuxarıda qeyd olunan ünvanda 18 avqust 2021-ci il saat 15.00-da açılacaqdır.