Şəki Şəhər İcra Hakimiyyəti Şəki şəhərinin mərkəzi ilə axan Qurcana və Dəyirmanarxı çaylarının qəzalı vəziyyətində olan sahil divarlarının, su tənzimləyici bəndlərin bərpa olunması, təmiri, çay yatağının təmizlənməsi və yeni sahilbərkitmə işlərinin layihə-smeta sənədlərinin hazırlanmasının satın alınması üçün təkliflər sorğusu keçirir.
Rayon Mərkəzi Xəstəxanası kotirovka sorğusu - ELAN EDİR
FED.az xəbər verir ki, təkliflər sorğusunda iştirak etmək istəyən iddiaçıların sənədləri və təklifləri möhürlənmiş zərflərdə Şəki şəhəri, 20 Yanvar küçəsi 8 nömrəli ünvanda 26 iyul 2021-ci il saat 15.00-a qədər qəbul olunur.
İddiaçıların təklif zərfləri 27 iyul 2021-ci il saat 11.00-da Şəki Şəhər İcra Hakimiyyətinin inzibati binasında 3-cü mərtəbə 1-ci otaqda açılacaqdır.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. Maraqlanan iddiaçılar (02424) 4-28-70 nömrəli telefonla əlaqə saxlaya bilərlər. İddiaçıların səlahiyyətli nümayəndələri açılış prosedurunda iştirak edə bilərlər.