FED.az xəbər verir ki, Bakının Səbail Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi xüsusi geyimlərin və mal-materialların satınalınması məqsədilə AÇIQ TENDER ELAN EDİR.
Tender 2 lot üzrə keçirilir.
Lot-1. Xüsusi geyimlərin satınalınması.
Lot-2. Mal-materialların satınalınması.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş və imzalanmış ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üçün aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Bakı, Xaqani küçəsi 65 nömrəli ünvandan (əlaqələndirici şəxs: Xanzadə Həsənovadan, 493-55-43,) ala bilərlər:
İştirak haqqı hər bir lot üçün 100 manatdır.
İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər:
Səbail Rayon Mənzil - Kommunal Təsərrüfatı Birliyi
VÖEN: 1700188251
H/h: AZ 65 AIIB33010019443500222105
Bank: “Kapital Bank”ın 1 saylı Səbail filialı
M/h: AZ 37 NABZ 01350100000000001944
VÖEN: 9900003611
Kod: 200059
S.W.İ.F.T. BİK: AİİBAZ 2 x
Büdcə səviyyəsinin kodu - fond 1
Büdcə təsnifatının kodu - 226200
İştirak haqqı heç bir halda geri qaytarılmır. İştirakçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün ərizə:
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra azı 30 bank günü müddətində qüvvədə olmalıdır);
- tender təklifi qiymətinin 2 faizi həcmində (təklifin təminatı) bank zəmanəti (zərflərin açıldığı gündən ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayış;
- iddiaçının son bir il ərzində maliyyə vəsaiti haqqında bank tərəfindən verilmiş arayış;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
Sənədlər Azərbaycan dilində iki nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 24 avqust 2018-ci il saat 17.00-dək təqdim etməlidirlər.
Tender təklifi və bank zəmanəti 2018-ci il sentyabrın 3-dək təqdim olunmalıdır.
Yuxarıda göstərilən tarixdən gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
Təklif zərfləri 4 sentyabr 2018-ci il saat 10.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Səbail Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi – Tender
17:15
31 İyul 2018