Satınalmaların təşkili və tender prosedurları ilə bağlı nəzərdə tutulmuş müddətlərlə əlaqədar tələblərə riayət edilməməsinə cərimə müəyyənləşir.
FED.az xəbər verir ki, bu, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, satınalmaların təşkili və tender prosedurları ilə bağlı nəzərdə tutulmuş müddətlərlə əlaqədar tələblərə riayət edilməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə ediləcək. (Apa)