"MİDA" MMC tərəfindən Abşeron rayonunun Saray qəsəbəsində 4,5 hektar ərazidə genişmiqyaslı yaşayış kompleksi layihəsinin icrasına başlanılır.
Layihə çərçivəsində aşağıdakı tikililər nəzərdə tutulur:
-
1 və 4 nömrəli binalar: 12 mərtəbəli çoxmənzilli yaşayış binaları.
-
2 və 3 nömrəli binalar: 16 mərtəbəli çoxmənzilli yaşayış binaları.
-
14 və 15 nömrəli binalar: 1 mərtəbəli qeyri-yaşayış binaları.
Bu layihənin tikintisi üzrə keçirilmiş tenderin nəticələrinə əsasən, işlərin icrası "HÜNƏR-İNŞAAT" FİRMASIna həvalə olunub. Müqavilənin dəyəri 26 milyon 369 min 453 manat təşkil edir. Ehtimal olunan qiymət isə 36 milyon 311 min 571,28 AZN idi.











