"MİDA" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1701953921) açıq müsabiqə elan edib.
FED.az xəbər verir ki, satınalma Abşeron rayonu, Saray qəsəbəsində 4,5 ha torpaq sahəsində 2 mərtəbəli 80 yerlik uşaq bağçasının tikintisi üzrə həyata keçirilir.
Satınalmanın ehtimal olunan qiyməti 2 milyon 390 min 218 manat 90 qəpik təşkil edir.
Satınalmanın dərc olunma tarixi 27 noyabr 2025-dir.
Təkliflər 16 dekabr 2025-ə qədər qəbul olunur. Zərflərin açılışı isə 16 dekabr 2025-ci il saat 15:00-da həyata keçiriləcək.
Satınalmada iştirak etmək üçün 1 min manat iştirak haqqı və satınalmaya dair sənədlərlə tanış olmaq üçün 25 manat istifadə haqqı müəyyən edilib.
Satınalmada iddiaçılarla birbaşa əlaqəni Vüqar Təyyar oğlu Əliyev – sektor müdiri təmin edir.
Əlaqə telefonu: +994 12 594 54 01 (239)
E-mail: [email protected]










