"Yeni Klinika" PHŞ santexnika mallarının alınması ilə bağlı açıq tender elan edir.
Dövlət qurumu santexnika malları alır
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 250 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1604005991
Satınalan təşkilatın ünvanı: H.Əliyev pr 142
Satınalma predmeti: Santexnika malları
ÜSL kod (kateqoriya): 39715000-7 Su qızdırıcıları və binalar üçün istilik; santexnika avadanlıqları,
Müsabiqənin başlama tarixi və vaxtı: 27.03.2023 11:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 14.04.2023 12:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 26.04.2023 12:00
Zərflərin açılış tarixi və vaxtı: 27.04.2023 12:00
İştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş Sistemi vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmək üçün müsabiqəyə daxil olaraq müvafiq ödənişi etdikdən sonra təklif göndərmək mümkün olacaqdır.
Ödəniş şərtləri - Müqavilə üzrə ödənişlər mallar təhvil varildikdən sonra və təhvil-təslim aktı imzalanıb təsdiq edildikdən sonra, malgöndərənin təqdim etdiyi sənədlər (qaimələr, hesab fakturalar, aktlar və digər sənədlər) əsasında 15 (on beş) bank günündən gec olmamaq şərti ilə nağdsız hesablaşma yolu ilə aparılacaqdır.
Müqavilə üzrə ödənişlər mallar təhvil varildikdən sonra və təhvil-təslim aktı imzalanıb təsdiq edildikdən sonra, malgöndərənin təqdim etdiyi sənədlər (qaimələr, hesab fakturalar, aktlar və digər sənədlər) əsasında 15 (on beş) bank günündən gec olmamaq şərti ilə nağdsız hesablaşma yolu ilə aparılacaqdır.
Çatdırılma yeri - Bakı şəhəri, Heydər Əliyev pr-ti, 142
Çatdırılma şərtləri - DDP
Çatdırılma müddəti - Satınalma müqaviləsi imzalandıqdan sonra qalib şirkət malları ən geci 20 gün ərzində iş həcmində qeyd olunan təlabata uyğun təhvil verməlidir
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış (Arayış elan verilən tarixdən sonra alınaraq arayışı verən orqan tərəfindən və ya notarial qaydada təsdiq olunmalıdır);
İddiaçının son 1 (bir) ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təqdim olunmuş maliyyə hesabatı (Vergi orqanına təqdim edilmiş mənfəət (gəlir) vergisinin bəyannaməsinin verən orqan tərəfindən və ya notarial qaydada təsdiqlənmiş surəti pdf formatında olmalıdır.);
İddiaçının Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə arayış (Arayış elan verilən tarixdən sonra alınaraq arayışı verən orqan tərəfindən və ya notarial qaydada təsdiq olunmalıdır);
İddiaçının Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə arayış (Arayış elan verilən tarixdən sonra alınaraq arayışı verən orqan tərəfindən və ya notarial qaydada təsdiq olunmalıdır)
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması barədə sənəd (analoji sahə üzrə işləyən işçilər ixtisas göstəricilərinin və peşəkarlığını təsdiq edən elektron informasiya sistemindən bildirişlər);
İddiaçının son 1 (bir) bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (Arayış elan verilən tarixdən sonra alınaraq əsli pdf formatında yüklənməlidir);
Nizamnamə
Qeydiyyatdan keçdiyi ölkə (reyestrdən çıxarış)
Rekvizitlər
İddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat (Arayış 2021-ci ili əhatə etməlidir və Dövlət Statistika Komitəsindən alınmalıdır);
Təhvil verilən mallara minumum 6 ay olmaqla yazılı zəmanət;
Malların mənşə və uyğunluq sertifikatları;
Analoji sahə üzrə yerinə yetirilmiş ən azı 1 müqavilə və həmin müqavilələrin icrası barədə təhvil-təslim aktlarının əsilləri (sənədlərin əsilləri əlavə olunmalıdır).
Malların nümunəsi (İş həcminin 1, 8, 21, 41, 56, 62, 66, 76, 79, 89, 92, 103, 107, 130, 141, 163, 170, 175 sıra sayında olan malların nümunəsi qiymət təklifləri açıqlandıqdan sonra 3 iş günü ərzində Müəssisəyə təqdim edilməlidir);
İxtisas göstəriciləri: Satınalan təşkilat tərəfindən meyar müəyyən edilməyib
Tender təklifi
Qiymət təklifi: 100 bal
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Murad Hüseynli, Mütəxəssis
Email: [email protected]
Əlaqə telefonu: (012) 505-62-34