Samux Suvarma Sistemləri İdarəsi açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda nəqliyyat vasitələri və torpaqqazan mexanizmlər (ekskovator, buldozer və s.) üçün ehtiyyat hissələrinin satınalınması nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 150 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 6900056121
Satınalan təşkilatın ünvanı: Samux rayonu, H.Əliyev 2
Müsabiqənin başlama tarixi və vaxtı: 06.07.2023 18:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 27.07.2023 12:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 04.08.2023 18:00
Zərflərin açılış tarixi və vaxtı: 07.08.2023 12:00
Çatdırılma yeri - Samux Şəhəri H.Əliyev Pr 2.
Çatdırılma müddəti - 30.11.2023
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış.
İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti.
İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı.
İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə.
Rekvizitlər.
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi.
Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması, öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması.
İddiaçının mikro, kiçik və orta sahibkarlıq subyektlərinin meyarlarına uyğun olması.
Satınalma müqaviləsini bağlamaq səlahəyyətinin olması.
İxtisas göstəriciləri:
Satınalan təşkilat tərəfindən meyar müəyyən edilməyib
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - İmran Məmmədov, Baş mühasib
Email: [email protected]
Əlaqə telefonu: 055-290-01-55