Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Şamaxı şəhərinin baş planının hazırlanması ilə bağlı elan edilmiş tenderin nəticəsi açıqlanıb.
FED.az xəbər verir ki, tenderin qalibi "İntegris" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Müqavilənin ümumi dəyəri 785 min 420 manat təşkil edir. Ehtimal olunan qiymət isə 981 min 760 manat idi.
Qeyd edək ki, "İntegris" MMC bundan əvvəl də Komitənin sifarişi ilə Yevlax şəhərinin baş planının hazırlanması layihəsini icra edib. Həmin müqavilənin dəyəri 878 min 280 manat təşkil edib.











