Salyan Suvarma Sistemləri İdarəsi dörd tenderi yekunlaşdırıb.
FED.az xəbər verir ki, tenderlərdən ikisinin qalibi "Azdövlətlayihəsu" İnstitutu (VÖEN: 1300359461) OLUB.
Qalib şirkətlə "AKKUŞA KANALINDA PK188+00 DA 2 QAPILI SƏVİYYƏ QALDIRICI QURĞUNUN YENİDƏN QURULMASININ (H=5M, ENİ=2.10) LAYİHƏ -SMETA SƏNƏDLƏRİNİN HAZIRLANMASI İŞLƏRİNİN SATINALMA MÜQAVİLƏSİ" tenderi üzrə 8 500, "Uzunluğu 1.8km,150 ha əkin sahəsində xidmət göstərən Q nov kanalının əsaslı təmirinin və Uzunluğu 1.5km,220 ha əkin sahəsində xidmət göstərən MB-1-1-1-2 nov kanalının əsaslı təmirinin Layihə-smeta sənədlərinin hazırlanması işlərinin satınalma müqaviləsi" tenderi üzrə 18 000 manatlıq müqavilə imzalanıb.
164 999 manatlıq "Nasos avadanlıqları üçün ehtiyat hissələrinin satın alınması" tenderi "Griffin-M" MMC (VÖEN: 2101359431) olub.
"Maşın mexanizmlər və nəqliyyat vasitələri üçün ehtiyyat hissələrinin satın alınması" tenderi üzrə "Avto Texnika Detaling" MMC ilə (VÖEN: 7100608041) 36 996 manatlıq müqavilə imzalanıb.