Salyan Rayon İcra Hakimiyyəti açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda Salyan şəhər küçələrinin əsaslı təmiri(Yollara asfalt çəkilməsi) ilə əlaqədar layihə smeta sənədlərinin hazırlanması nəzərdə tutulur.
Tenderdə iştirak haqqı 450 manatır.
Satınalan təşkilatın VÖEN-i: 7000028611
Satınalan təşkilatın ünvanı: AZ-5200, Salyan şəhəri, T.Xəlilbəyli küçəsi, 136
Müsabiqənin başlama tarixi və vaxtı: 09.06.2023 17:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 06.07.2023 17:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 14.07.2023 15:00
Zərflərin açılış tarixi və vaxtı: 17.07.2023 17:00
Çatdırılma yeri - Salyan şəhəri T.Xəlilbəyli 126
Çatdırılma müddəti - ilin sonunadək
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
Sahibkarlıq subyektinin bölgüsü
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması
Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması
rekvezitlər
Bank arayışı
Vergi orqanından son bir ilin mənfəəti
İxtisas göstəriciləri:
maddi texniki bazası
İşçi qüvvəsi müqavilələr
bağlanmış müqavilələr
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Mahir Lalayev, Sektor müdiri
Emai: [email protected]
Əlaqə telefonu: 0212555023