"Azərbaycan Respublikasinin Sahibkarliğin İnkişafi Fondu" “müraciətlərin qəbulu, idarə edilməsi və kreditlərin uçotu üçün avtomatlaşdırılmış sistem”-in hazırlanması işləri üzrə tender elan edir.
Mingəçevirdə dövlət tenderlərini - KİMLƏR UDUR? – SİYAHI, MƏBLƏĞLƏR
Fed.az xəbər verir ki, tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı 31.05.2022 18:00-a kimidir və iştirak ödənişi 1000 manatdır.
№ |
Başlıq |
Açıqlama |
Miqdar |
Ölçü vahidi |
1 |
Sahibkarlar üçün portal (şərtlər toplusunun texniki göstəricilərə dair əlavəsindəki ətraflı məlumata uyğun tələblər tam yerinə yetirilməklə) |
İstifadəçi: • Fondun məhsullarından istifadə etmək üçün ilkin uyğunluq yoxlamasından keçməlidir (təşkilatlara inteqrasiya vasitəsilə) • Fondun məhsulları üzrə MKT seçərək müraciət yarada bilər • Müraciət ilə bağlı aidiyyatı sənədləri əlavə edə bilər • Köhnə və yeni müraciətləri nəzərdən keçirə bilər • Fondun mövcud məhsulları ilə tanış ola bilər • Müraciəti yoxlamaya göndərməzdən əvvəl ona dəyişiklik edə bilər • Kreditin qaytarılması təqviminə baxa bilər |
1 |
ədəd |
2 |
MKT-ları üçün portal (şərtlər toplusunun texniki göstəricilərə dair əlavəsindəki ətraflı məlumata uyğun tələblər tam yerinə yetirilməklə) |
• İnzibatçı hüquqlarını MKT-nin digər işçisinə ötürərkən sistem avtomatik olaraq əvvəlki inzibatçının hüquqlarını ləğv etməlidir • Vebsaytla işləmək üçün başqa funksiyalar mövcud deyil Yüksək imtiyazlı istifadəçi: • Sahibkar tərəfindən təqdim olunan bütün məlumatları oxuya bilər • Sahibkar tərəfindən təqdim olunan məlumata dəyişiklik təklif edə bilər • Müraciətin təsdiq olunub və ya imtina edilməsi barədə qərar verə bilər • Fonda təqdim olunmazdan əvvəl qərarı dəyişə bilər İstifadəçi: • Sahibkar tərəfindən təqdim olunan bütün məlumatları görə bilər • Sahibkar tərəfindən təqdim olunan məlumata dəyişiklik təklif edə bilər • Yoxlama və ya dəyişiklik məlumatlarını təsdiq üçün göndərməlidir • Müraciətin təsdiq və ya imtina edilməsi barədə qərar verə bilməz. Fonda təqdim olunmazdan əvvəl qərarı dəyişə bilər |
1 |
ədəd |
3 |
Fond üçün Portal (şərtlər toplusunun texniki göstəricilərə dair əlavəsindəki ətraflı məlumata uyğun tələblər tam yerinə yetirilməklə) |
• Fondun strukturuna uyğun hüquqların siyahısının yaradılması (inzibatçı, rəhbər, maliyyə, risk, təhlil və s. səlahiyyətli şəxslər) • MKT-lər üzrə sistem inzibatçılarının yaradılması • MKT-lərin siyahısının idarə edilməsi, yeni MKT əlavə edilməsi və limitlərin avtomatik şəkildə azalması • Fonda daxil olan müraciətlərin qiymətləndirilməsi, idarə edilməsi, təsdiqlənməsi • Fondda mövcud məhsulların idarə edilməsi, yeni məhsulların əlavə olunması • Kreditlərin uçotunun aparılması, izlənilməsi, müvafiq hesabatların sistemdən çıxarılması • Fondun daxili sistemlərinin kənar təşkilatlarla inteqrasiyası |
1 |
ədəd |
4 |
Cari verilənlər bazasının yeni bazaya miqrasiyası (şərtlər toplusunun texniki göstəricilərə dair əlavəsindəki ətraflı məlumata uyğun tələblər tam yerinə yetirilməklə) |
Sistem Sahibkarlığın İnkişafı Fondunun verilənlər bazasının strukturunun təhlilini, və sistemin köhnə verilənlər bazasındakı məlumatların yeni verilənlər bazasına inteqrasiyasını təmin etməlidir. |
1 |
ədəd |
5 |
İnteqrasiya (şərtlər toplusunun texniki göstəricilərə dair əlavəsindəki ətraflı məlumata uyğun tələblər tam yerinə yetirilməklə) |
Sistem aşağıdakı qurumlarla inteqrasiyanı təmin etməlidir: • Elektron Sənəd Dövriyyəsi Sistemi • 1C • Banklar • Dövlət Vergi Xidməti • Əmlak Məsələləri Dövlət Xidməti • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi • Daxili İşlər Nazirliyi • Azərbaycan Kredit Bürosu • ASAN imza • Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti • Azərbaycan Respublikasının Mərkəzi Bankı |
1 |
ədəd |
Təşkilati və hüquqi sənədlər:
Rekvizitlər - Mütləqdir.
Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması - Mütləqdir.
Tenderdə iştirak etmək üçün müraciət - iştirak üçün müraciət ərizəsi iddiaçı tərəfindən rəsmi blankda yazılaraq imzalanır, möhürlənir və skan edilərək PDF formatında portalda yerləşdirilir.
Mikro, kiçik və orta sahibkarlıq subyekti kateqoriyasına aid edilməsinə dair arayış - mikro, kiçik və orta sahibkarlıq subyekti kateqoriyasına aid edilməsinə dair Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən təqdim edilən və cari tarixə qüvvədə olan arayışın orijinalı skan edilərək PDF formatında Portalda yerləşdirilir.
İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri - iddiaçının dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin, dövlət reyestrindən çıxarışın, nizamnaməsinin notarial qaydada təsdiq edilmiş (təsdiqetmə tarixi elanın yerləşdirmə tarixindən sonrakı tarix olmalıdır) surəti (notariusun möhür və imzası olan səhifə də) skan edilərək PDF formatında Portalda yerləşdirilir. Bank rekvizitləri müvafiq bank tərəfindən təsdiq edilir və ya iddiaçının rəsmi blankında çap edilərək imzalanır, möhürlənir və skan edilərək PDF formatında Portalda yerləşdirilir.
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Anar Əsgərov
Əlaqə: 0123102301 (3400)