Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq fondun əməkdaşlarının ixtisaslarının artırılması məqsədi ilə təlim (Praktik Risk Menecment) xidmətlərinin satın alınması üzrə kotirovka sorğusu elan edir.
Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsi tender - ELAN EDİR
FED.az xəbər verir ki, iddiaçılar satınalma prosedurunun predmetinə dair hazırlanmış əsas şərtlər toplusunu Sahibkarlığın İnkişafı Fondundan əldə edə bilərlər.
Təkliflər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır.
Təkliflər 2021-ci il 16 iyun saat 12:00-a qədər qəbul olunur.
Ətraflı məlumat almaq üçün iştirakçılar əlaqələndirici şəxs Zaur Məmmədova müraciət edə bilərlər.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M. Şərifzadə küçəsi, 172
Telefon: (012) 310 23 02
Fax: (012)
4323717; e-mail: [email protected]