İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu 2021-ci il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.
Eləcə də bax: Mərkəzi Bank nağd pulun sığortası üçün şirkət - SEÇƏ BİLMƏYİB
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, dövlət satınalmalarının vahid internet portalında verilən məlumata görə, sorğunun qalibi "Baker Tilly Audit Azərbaycan" QSC-dir.
Qalib şirkətə 42 min manat ödəniləcək.