Sahibkarlığın İnkişafı Fondu audit xidməti ilə bağlı audit tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, həmin tenderdə “Koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması” və “Koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit faizlərinin subsidiyalaşdırılması” Qaydalarına əsasən həyata keçirilmiş mexanizmlərin icrasının Qaydalara uyğunluğunu yoxlamağa dair kənar auditor rəyinin alınması xidmətlərinin satınalınması nəzərdə tutulur.
Qalib şirkət "Baker Tilly Audit Azərbaycan" şirkəti (VÖEN: 1300755991) seçilib.
Tenderin dəyəri 79 060 manatdır.
Baker Tilly Audit Azərbaycan" şirkəti bundan öncə "Aqroservis" ASC-nin 145 min manat dəyərindəki "Ehtiyat hissələrinin təsnifləşdirilməsi və kodlaşdırılması işlərinin satın alınması" tenderinin qalibi seçilib (20.04.2023).