“XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi” MMC tender elan edib.
Şirkətin nəzdində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisəsində və tam orta ümumumtəhsil məktəbində təlim-tərbiyə olunan uşaqların, şagirdlərinin və əməkdaşların yüksək keyfiyyətli, o cümlədən optimal qiymət şərtləri ilə dəftərxana malları və təmizlik vasitələri xidmətinin satınalınması üzrə tender elan edilib.
Satınalmada iştirak etmək və şərtlər toplusunu əldə etmək istəyənlər 10 iyun 2023-cü il tarixinədək aşağıdakı sənədləri qeyd olunan email ünvanına göndərməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- iştirak haqqının (150 manat) ödənilməsini təsdiq edən bank sənədi;
- şirkətin tam adı, hüquqi statusu, rekvizitləri haqqında məlumat, təsis sənədləri;
Yekun təkliflər qapalı zərfdə, əlavə tələb olunacaq digər sənədlərlə birlikdə, 20 iyun 2023-ci il saat 10:00-dək təqdim olunmalıdır.
Qeyd: Müraciət etmək istəyən şirkətlərin sadələşmiş vergi ödəyicisi olması tələb olunur.
Əlaqələndirici şəxs: Qüdrət Abdullayev
Əlaqə məlumatları: +994 51 207 10 71
[email protected]
[email protected]