Azərbaycanda əhalinin və sahibkarların maraqla gözlədiyi vergi yeniliyi – onlayn kassa aparatlarının quraşdırılması sistemi işə düşməyə başlayır. Artıq bu sistemin Vergilər Nazirliyinin müvafiq məlumat bazalarına inteqrasiyası işləri başlayıb.
FED.az xəbər verir ki, Vergilər Nazirliyi «Onlayn kassa informasiya sistemi»nin Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminə (AVİS-ə) inteqrasiya edilməsi işlərinin yerinə yetirilməsi üzrə tenderə yekun vurub.
Tenderin qalibi “Cybernet” MMC olub. Bu işlərin görülməsi 559 min manta başa gələcək.
Qeyd edək ki, mal və xidmətlərin alıqnması zamanı ödənilən ƏDV-nin 10-15%-nin əhaliyə geri qaytarılması da məhz onlayn kassa aparatlarının işə düşməsindən sonra başlayacaq.