Mədəniyyət və Turizm Nazirliyinin “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti "Hotellərin idarəedilməsi xidmətinin satınalınması" üzrə tender elan edib.
FED.az xəbər verir ki, müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
İddiaçılar tenderdə iştirak etmək üçün tələb olunan sənədləri 11 may 2018-ci il saat 16.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə 21 may 2018-ci il saat 16.00-a qədər Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti 26 nömrəli ünvana təqdim etməlidirlər.
İddiaçıların təklifləri 22 may 2018-ci il saat 16.00-da Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti 26 nömrəli ünvanda açılacaqdır.