Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti mərkəzin ərazisində yerləşən əyləncə xidmətlərindən istifadə edən müştərilərin dövlət büdcəsi hesabına sığortalanması xidmətinin satın alınması ilə əlaqədar təkliflər sorğusu elan edir.
Eləcə də bax: Təmiz Şəhər 600 min manatlıq - MÜQAVİLƏ İMZALADI
FED.az Banker.az-a istinadən xəbər verir ki, təkliflər sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanıb möhürlənmiş təkliflərini 27 yanvar 2021-ci il saat 17.00-dan gec olmamaq şərtilə göstərilən ünvana təqdim etməlidirlər.
Göstərilən müddətdən gec təqdim olunan qiymət təklifləri baxılmadan geri qaytarılacaqdır.
Qiymət təklifi zərfləri 28 yanvar 2021-ci il saat 11.00-da Bakı şəhəri, Nizami küçəsi 96E (Landmark I, 4-cü mərtəbə) nömrəli ünvanda açılacaqdır. İddiaçılar və ya onların səlahiyyətli nümayəndələri zərflərin açılışı prosedurunda iştirak edə bilərlər.
Mövcud vəziyyət qiymətləndirilərək xüsusi karantin rejimi¬nin tələblərinə uyğun olaraq açılış proseduru onlayn qaydada həyata keçirilə bilər.